İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İran xalqına müraciət edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter” hesabında videomüraciət yayımlayıb.
O, 2019-cu ildə İranda böyük iğtişaşların başlanmasının üçüncü ildönümü şərəfinə İran xalqını birləşməyə çağırıb:
“Mən yas tutan ailələrə dəstəyimi bir daha elan edirəm. Şiddətlə dəstəklədiyim İran daxilindən etirazlara və tətillərə çağırışlar edilir. Həmvətənlərimi bu bənzərsiz və misilsiz birliyinizi bir daha nümayiş etdirməyə, İranımızı xilas etmək və onu bu şərdən qurtarmaq üçün İrana qarşı edilən zülmə qarşı birlikdə dayanmağa dəvət edirəm”.
Bizim.Media