İstanbulun İstiqlal küçəsində törədilən terror aktında iştirakda şübhəli bilinərək saxlanılanların sayı artıb.
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlayıb.
Onun sözlərinə görə, saxlanılanların sayı 50-yə çatıb.
Xatırladaq ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Faktla bağlı suriyalı qadın Ahlam Albashırı saxlanılıb.
Bizim.Media