Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Paşinyan rəsmi Yerevanın münaqişənin həllinin Rusiya variantını dəstəklədiyini bildirib.
Xatırladaq ki, söhbət 2022-ci ilin avqustunda Rusiyanın təklif etdiyi həll variantından gedir.
Bizim.Media