“Əhalinin 70 faizi peyvəndlənsə, epidemiya sönəcək” - Mərkəz direktoru

“Koronavirusa yoluxanda qazanılan təbii, vaksinasiyadan sonra yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemiya sönəcək”.

Bunu Bizim.Media-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva hazırkı epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Yumşalmalara getdiyimiz məntiqli və doğrudur” - Həkimdən açıqlama


Onun sözlərinə görə, vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır:

“Vaksinasiyanın aparılması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət daha hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.

COVİD-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır.

Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticisimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək”. 

Azərbaycanda istifadə olunan “CoronaVak“ vaksininin təhlükəsiz və effektiv olduğunu vurğulayan Mərkəz rəsmisi peyvəndin effektivliyinin klinik tədqiqatlar əsasında yüksək (91,5%) qiymətləndirildiyini bildirib: 

“Peyvəndləmə bu xəstəliklə mübarizədə əsas vasitədir. Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xameneyinin səhhəti ilə bağlı yeni İDDİA: Ciddi xəsarət alıb?

Xameneyinin səhhəti ilə bağlı yeni İDDİA: Ciddi xəsarət alıb?

KTMT-nin sabiq baş katibinin oğlu Ermənistanda AXTARIŞA VERİLDİ

KTMT-nin sabiq baş katibinin oğlu Ermənistanda AXTARIŞA VERİLDİ

DİQQƏT! Bu yolda sürət həddi ENDİRİLDİ

DİQQƏT! Bu yolda sürət həddi ENDİRİLDİ

İki güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

İki güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

Rusiyadan gətirilən "Şedroe Leto" yağlarında uyğunsuzluq AŞKARLANDI – FOTO

Rusiyadan gətirilən "Şedroe Leto" yağlarında uyğunsuzluq AŞKARLANDI – FOTO

“Saat 18.00-dan sonra yemək olmaz” qaydası yalnız bu şəxslər üçün KEÇƏRLİDİR

“Saat 18.00-dan sonra yemək olmaz” qaydası yalnız bu şəxslər üçün KEÇƏRLİDİR

ABŞ-da İran əsilli qadın TUTULDU – FOTO

ABŞ-da İran əsilli qadın TUTULDU – FOTO

70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi

70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi

“Sabah” – “Qarabağ” matçının hakimi AÇIQLANDI

“Sabah” – “Qarabağ” matçının hakimi AÇIQLANDI

Britaniyada sinaqoqa HÜCUM – İki gənc saxlanıldı

Britaniyada sinaqoqa HÜCUM – İki gənc saxlanıldı

Daha bir qurum “ASAN müraciət” informasiya sisteminə İNTEQRASİYA OLUNDU

Daha bir qurum “ASAN müraciət” informasiya sisteminə İNTEQRASİYA OLUNDU

Uşağın davranışındakı təhlükəli siqnallar - Övladlarınızda bu əlamətlər varsa, təcili mütəxəssisə APARIN!

Uşağın davranışındakı təhlükəli siqnallar - Övladlarınızda bu əlamətlər varsa, təcili mütəxəssisə APARIN!

Həsənbəy Arazov vəfat etdi - FOTO

Həsənbəy Arazov vəfat etdi - FOTO

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu AÇIQLANDI

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu AÇIQLANDI

ABŞ vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ – Bu iki ölkədən təxliyə BAŞLADI

ABŞ vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ – Bu iki ölkədən təxliyə BAŞLADI

Ukraynadan gətirilən toyuq məhsulunda bakterial infeksiya aşkarlandı – FOTO

Ukraynadan gətirilən toyuq məhsulunda bakterial infeksiya aşkarlandı – FOTO

Bakıda ürəyi dayanan şəxsin həyatı belə xilas edildi – VİDEO

Bakıda ürəyi dayanan şəxsin həyatı belə xilas edildi – VİDEO

ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO

ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO

Ağcaqanadlar ən çox onları SANCIR

Ağcaqanadlar ən çox onları SANCIR

SON DƏQİQƏ: Belçika və Niderland səfirləri Azərbaycan XİN-ə çağırıldı

SON DƏQİQƏ: Belçika və Niderland səfirləri Azərbaycan XİN-ə çağırıldı

Yollarda duman olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Yollarda duman olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakıda 100 min binanın sökülməsi iddialarına RƏSMİ CAVAB

Bakıda 100 min binanın sökülməsi iddialarına RƏSMİ CAVAB

Polad Həşimov küçəsində evlərin sökülməsi iddiasına RƏSMİ MÜNASİBƏT – VİDEO

Polad Həşimov küçəsində evlərin sökülməsi iddiasına RƏSMİ MÜNASİBƏT – VİDEO

Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB

Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB

End of content

No more pages to load

RADİO