Ermənistan parlamentinin spikeri Alen Simonyan ATƏT PA-nın gənc deputatlarının iclasında çıxış edərək Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.
“Biz həqiqətən və səmimiyyətlə Ermənistanın və regionun dinc inkişafı və birgəyaşayışının təminatı olan sülh gündəliyinə sadiqik” deyə o, qeyd edib.
Bizim.Media