Rusiyanın ilhaqından azad edilən Ukraynanın Xerson vilayətində komendant saatı tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.
Yanuşeviç bildirib ki, komendant saatı 17:00-dan 08:00-dək davam edəcək, bu müddət ərzində yerli sakinlərin küçələrdə və digər ictimai yerlərdə olması qadağandır.
Bizim.Media