Türkiyənin məşhur aktrisası Aslı Enver evlənib.
Bizim.Media xəbər verir ki, sənətçi sevgilisi iş adamı Berkin Gökbudakla ailə qurub.
Bu haqda aktrisa sosial şəbəkə hesabında məlumat paylaşıb. Aslı-Berkin cütlüyünün nikahı ailə içi kiçik yığıncaq şəklində baş tutub.
Qeyd edək ki, Aslı həmkarı Birkan Sokullu ilə evli olub, daha sonra isə onlar ayrılıblar.
Rəşad Əliyev, Bizim.Media