Türkiyədə 8 PKK terrorçusu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində təcavüzə cəhd edərək əraziyə atəş açan terrorçular türk komandosu tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, hərbi əməliyyatın görüntüləri nazirliyin rəsmi “Twitter” hesabında paylaşılıb.
Bizim.Media