Müğənni Nura Suri oğullarının ailə qurduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "MTV maqazin" verilişinə müsahibəsində deyib.
N.Suri bildirib ki, onun xaricdə yaşayan övladları Xosrov ilə Möhsen dünyada tuğyan edən koronavirus pandemiyası zamanı evləniblər:
"Oğullarımın ikisi də evlidir. Karantində evləniblər. Sadəcə Azərbaycanda toy etməli idik. Sənədlərdə problem yarandı. Xarici ölkədə bürokratiyadır. Bir sənədi almaq üçün beş-altı ay gözləməlisən. Bizdəki kimi, sənədlər asanlıqla həll olunmur. Orada belə bir şey yoxdur".
Qeyd edək ki, Nura Surinin Xosrov və Möhsendən savayı, David adlı daha bir oğlu da var.
Rəşad Əliyev, Bizim.Media