Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və İran arasında son baş verənləri şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan ölkənin Dövlət Televiziyasına müsahibəsində bildirib.
“Şişirtməyə ehtiyac yoxdur.Tehranla Bakının sıx əlaqələri var və mübahisəli məsələlər varsa, onları danışıqlar yolu ilə həll etmək lazımdır”.
Paşinyan Ermənistanın İranla əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib:
”İran regional və qlobal proseslərdə mühüm rol oynayır. İran Aİ-nın bir qrup mülki müşahidəçisinin və digər qüvvələrin Ermənistan ərazisində olmasından narahat deyil, çünki bu qüvvələr ümumiyyətlə Ermənistan ərazisində deyil”.
Bizim.Media