“O qədər konservatoriyanı bitirib oxuya bilməyənlər var ki... Xan əmi, Akif İslamzadə, Rəşid Behbudov konservatoriya bitirib? Xeyr! Oxumaq bir istedaddır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Sənətçi 10 min manata toya gedib, fonoqram oxuyan həmkarlarını qınayıb:
“Firuzə xanımla (Əməkdar artist Firuzə İbadova – red.) mənə sual verirlər ki, necə belə cavan qalmısınız? Biz cavan qalmışıq, ona görə ki, bizim hər gün daxili orqanlarımız məşq edir.
Oxuyanda ağciyər, qaraciyər, böyrək, ürək gəlir dayanır boğazında. Əgər oxuya bilirsənsə... Yox əgər boğazdan yuxarı, fonoqram oxuyursansa və fonoqramma ilə 10 min manata toya gedirsənsə, o oxumaq deyil. Fonoqram oxumaq olar. Toyda iki dənə fonoqram oxuyursansa, gərək bir dənə canlı oxuyasan”.
Rəşad Əliyev, Bizim.Media