İranda 2 aydır ki, 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən öldürməsi səbəbilə etiraz aksiyaları keçirilir.
Bizim.Media xəbər verir ki, aksiyalar çərçivəsində qadınlar hökumətə etiraz əlaməti olaraq ictimai yerlərdə hicablarını çıxarmağa başlayıb.
Belə bir an idmançıların mükafatlandırılma mərasimində də qeydə alınıb. Belə ki, qadın idmançı mərasimdə foto çəkilən zaman hicabını çıxarıb. Onun bu addımı ətrafdakı insanlar tərəfindən alqışla qarşılanıb.
Qeyd edək ki, keçirilən etiraz aksiyalarında 300-ə yaxın nümayişçi hökumət qüvvələri tərəfindən qətlə yetirib, 2000-dən çox insan həbs olunub.
Bizim.Media