Bir müddət əvvəl Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Ermənistana girişinə qadağa qoyulması ilə bağlı özünün “Telegram” kanalında məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə “etibarlı kanallar vasitəsilə” məlumat aldığını bildirən Simonyan məsələyə münasibət bildirib.
“Qadağanın nədən qaynaqlandığı ilə bağlı heç bir fikrim yoxdur. Ermənistan vətəndaşının ölkəsinə buraxılmaması erməni xalqının tarixində yenilikdir”,- deyə Simonyan bildirib.
Bizim.Media