Eşq həyatında axtardığı xoşbəxtliyi tapa bilməyən Hadisə Açıkgöz Mehmet Dinçerlərdən boşandıqdan sonra iş həyatına qayıdıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, bir-birinin ardınca konsert sövdələşmələri edən pop ulduz uzun müddət idi ki, İstanbulda ev axtarışına çıxıb.
Mehmet Dinçerlərlə birlikdə yaşadığı Rivadakı evdən köçən Hadisə İstanbulun ən dəbdəbəli yerlərindən biri olan Yeniköydə malikanə alıb.
Hadisə yeni mənzili üçün 40 milyon lirə (təxminən 3,6 milyon manat) pul ödəyib.
Rəşad Əliyev, Bizim.Media