Xalq artisti Emin Ağalarov və MDB ölkələrində “Jony” ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli növbəti dəfə Bakıda bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, hər iki sənətçi paytaxta keçirilən dəbdəbəli toy məclislərinin birində çıxış ediblər.
Pop ulduzlar hit və sevilən mahnıları ilə gecədə iştirak edən qonaqlara unudulmaz anlar bəxş ediblər.
Toyun idarəçili isə müğənni Nuri Sərinləndiriciyə həvalə olunub.
Rəşad Əliyev, Bizim.Media