Rusiyanın Xalq artisti Filipp Kirkorovun Qazaxıstanda verdiyi konserti qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, baş verən hadisəyə səbəb isə mühafizəçinin tamaşaçıya qarşı etdiyi xoşaqəlməz davranış olub.
Belə ki, konsertdə tamaşaçılardan biri “pop krala” gül çələngini vermək üçün səhnəyə doğru addımlayıb. Mühafizəçi isə qarşı tərəfin bu istəyinə mane olub.
Bunu görən Kirkorov səhnədən enərək, mühafizəçiyə hücüm çəkib. Filip əlində olan gül çələngini onun üzünə çırpıb. Həmin anlar isə digər tamaşaçılar tərəfindən lentə alınaraq, sosial şəbəkədə paylaşılıb.
Rəşad Əliyev, Bizim.Media