Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 10-da Parisə işgüzar səfərə gedəcək.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, səfər zamanı Mirzoyanın Fransanın xarici işlər naziri Ketrin Kolonna və digər Fransa rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Ermənistanın xarici işlər naziri Beşinci Paris Sülh Forumunda da iştirak edəcək.
Bizim.Media