Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçiriləcək.
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, tədbir iki gün davam edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak üçün Səmərqəndə yola düşüb.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətləri daxildir. Türkmənistan və Macarıstan isə qurumda müşahidəçi ölkə statusundadır.
Bizim.Media