Meyxanaçı Pərviz Bülbülə bu gün qətl hadisəsi törədən həmkarı Rəşad Dağlı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, söz xiridarı Rəşadla birgə çəkilmiş fotosunu sosial şəbəkə hesabında yayımlayıb.
Meyxanaçı paylaşımına "Ağlımın ucundan keçməzdi ki, səninlə paylaşdığım şəklin şərhində "Allah fərəc versin Rəşad" yazaram. Allah qapını açsın şair. Hər ağızda bir Amin var" - deyə şərh yazıb.
Qeyd edək ki, R.Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyevin meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.
Rəşad Əliyev, Bizim.Media