Peşəkar birliklərin hüququ statusu ilə bağlı yeni QANUN gəlir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yeni qanunun qəbul olunmasını təklif edir. Cəmiyyətin sədri, iqtisadçı ekspert Vüqar Oruc peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib.

Bu barədə Bizim.Media-ya Vüqar Orucun özü məlumat verib.

O, peşəkar birliklərin fəaliyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsinin doğru olmadığını söyləyib:

“Son dövrlər Azərbaycanda assosiativ birliklərin sayı artır. İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və müxtəlif dövlət qurumlarının dəstəyilə peşəkar ticari birliklərin təsis olunması, dövlət qurumları ilə özəl sektor arasında sağlam münasibətlərin formalaşmasında bu birliklərin aparıcı rol alması yeni reallıqlar ortaya çıxarır.

Bu xüsusda uzun müddətdir fəaliyyət göstərən və faktiki olaraq müxtəlif peşələr üzrə aparıcı mövqeyə sahib olan kollektiv ictimai birliklərin də əhəmiyyəti artır.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Jurnalistlər Birliyi, idman federasiyaları və digər bu qəbildən olan təşkilatlar faktiki olaraq bu sahədə fəaliyyət göstərən müəssisə və şəxslərin kollektiv platforması rolunda çıxış edir”. 

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanda kompleks islahatlar aparılır:

“2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident bu islahatlara start verildiyini bəyan etdi. Ötən dövr ərzində bütün hakimiyyət qollarında – qanunverici, Mərkəzi İcra Hakimiyyəti, yerli idarəetmə orqanları bu islahatlar prosesinin tərkib hissəsi olaraq yeniləndi. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Bu islahatların mahiyyətində isə idarəçiliyə yeni nəfəs gətirmək, hökumət-vətəndaş münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq, yeni yanaşma ilə vətəndaşlara xidmət etmək dayanır.

Hesab edirəm ki, mövcud şəraitdə peşəkar kollektiv birliklərin də yeni statusla meydana çıxmasına, onların fəaliyyətinin daha da artırılmasına və tərəqqisinə xidmət edəcək qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac var. “Peşəkar birliklər haqqında” Azərbaycan Respublikası qanunun hazırlanması müasir dövrün çağırışı və günün tələbidir.
Hansı ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu kollektiv peşəkar birliklərə də digər ictimai birliklər kimi, yalnız tövsiyyə vermək və könüllülük əsasında fəaliyyətə imkan verir. Peşəkar birliklərin özünütənzimləmə mexanizmlərinin yaradılması və həmin sahələr üzrə müvafiq standarlatın hazırlanması peşəkar birliklərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

End of content

No more pages to load

RADİO