“Moskvanın Kiyevlə danışıqlar üçün heç bir ilkin şərti yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Bizim tərəfimizdən heç bir ilkin şərt yoxdur, əsas şərt istisna olmaqla – Ukraynanın xoşməramlı olması ”, - deyə o, əlavə edib.
O xatırladıb ki, Kiyev hakimiyyəti Moskva ilə sülh danışıqlarını qadağan edən qanun qəbul edib. Diplomat bunun qonşu ölkə hakimiyyətinin şüurlu seçimi olduğunu vurğulayıb.
“Hər zaman günahımız olmadan dayandırılan belə danışıqlara hazır olduğumuzu bəyan etmişik”, - deyə Rusiya XİN başçısının müavini qeyd edib.
Bizim.Media