Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, Səlcuq Bayraktar bu barədə "Twitter"də paylaşım edib.
“Dursa qarşımda bütün cahan,
vermərəm öz torpağımdan!
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək. Müqəddəs şəhidlərimizin ruhu şad olsun”, - deyə paylaşımda qeyd olunub.
Bizim.Media