"Bu şəhərdə" yumoristik, estrada teatrının məşhur üzvləri, Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov işğaldan azad olan torpaqlarımıza səfər ediblər.
Bizim.Media xəbər verir ki, sənətçilər Cəbrayıl rayonunda yerləşən Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı qədim Xudafərin körpüsünü və ətraf ərazilərə baş çəkiblər.
Əməkdar artistlər həmçinin, oktyabrın 20-də təmtəraqlı şəkildə açılışı olan Zəngilan Hava Limanında da olublar.
Tarixi və qədim torpaqlarımızda çəkdikləri fotoları isə Rəfael İsgəndərov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Aktyor şəkillərə Azərbaycan bayrağının işarəsini əlavə edərək şərh bölməsinə "Şükür Allaha" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media