“Qarabağdakı qondarma rejimin sabiq “komandan”ı general Mikael Arzumanyan barəsində başlanılan cinayət işində ciddi dəyişikliklər gözlənilir”.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “İravunk” qəzeti yayıb.
Məlumata görə, sözügedən cinayət işində şübhəli bilinən şəxslərin siyahısı genişlənəcək.
Xüsusilə qeyd olunur ki, “Şuşa işi” ilə bağlı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyanın da adının hallanacağı istisna edilmir.
Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olaraq fəaliyyət göstərib.
Bizim.Media