Xalq artisti Mələkxanım Əyyubova və müğənni Ramal İsrafilov yeni layihələrini təqdim ediblər.
Bizim.Media xəbər verir ki, sənətçilər duet oxuduqları “Sarı bülbül” xalq mahnısını Şuşada ekranlaşdırıblar.
Ekran işi xanəndənin rəsmi “YouTube” kanalında yayıma buraxılıb.
Qeyd edək ki, Ramal İsrafilov Mələkxanım Əyyubovanın qardaşı oğludur.
Rəşad Əliyev, Bizim.Media