"Bu şəhərdə" yumoristik, estrada teatrının üzvü, Əməkdar artist Rafael İsgəndərov paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi aparıcı və aktyor Azər Axşamla 30 il əvvəl çəkiliş meydançalarının birində lentə alınan arxiv fotosunu indi çəkilən şəkillə kollaj edərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
İkilinin 1992- ci ildə çəkilən fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb.
Sosial şəbəkə əhli şəkilin şərh bölməsinə hər iki aktyorun cavan qaldığını yazıblar.
Rəşad Əliyev, Bizim.Media