Xalq artisti Arif Babayevin vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb.
Bizim.Media-nın əməkdaşı Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayevlə əlaqə saxlayıb.
O, atasının ölüm xəbərinin şayiə olduğunu bildirib:
"Bu, yalan xəbərdir. Atam özünü yaxşı hiss edir. Anlamıram kimə lazımdır belə yalan məlumatlar yaymaq. Hər şey öz qaydasındadır".
Rəşad Əliyev, Bizim.Media