“Solğun çiçəklər" teletamaşasının baş qəhrəmanları "Sara" və "Bəhram" obrazını canlandıran aktyorlar Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar artist Mehriban Abdullayeva 35 ildən sonra bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, aktrisa həmkarı ilə birlikdə çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Aktrisa "Facebook"da yayımladığı şəkilə "Solğun çiçəklər" 35 ildən sonra: Sara və Bəhram" şərhini yazıb.
Qeyd edək ki, "Solğun güllər" teletamaşası ilk dəfə 1987-ci ildə AzTV-nin efirində işıq üzü görüb.
Rəşad Əliyev, Bizim.Media