“Tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlanılıb.
Bizim.Media