“Ay millət, ay “tanınmışlar əhli”, “celebrities”! Heç olmasa əvvəlcə izləyin, ya qarışıqlı dostluqda olun ki, suallarınız bir balaca əsaslı olsun. Hə bir də kim olursunuz, olun - mən qarşılıqsız və ya şəxsən tanımadığım insanları izləmirəm. Bəlkə Uitni Hyustonsuz?”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi Emilya Yaqubova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi ona “Bakıdasan?” sualını yazan şəxsin mesajını yayımlayaraq sərt şəkildə reaksiya bildirib.
“Siz niyə hamınız mənə eyni sualı verirsiniz, ay “göy qaloçkalı” səhifəli idmançılar? Ay “follow” belə etməyib, bütün gün səhifəmdə yatanlar?! Bəsdirin də! Və bir də tanımadığınız insana siz deyə müraciət edin. Hamısı budur”, - deyə, Emilya bildirib.
Qeyd edək ki, E.Yaqubova Tamerlan adlı iş adamı ilə ailə qurub. Cütlük həm Londonda, həm də Bakıda yaşayır.
Rəşad Əliyev, Bizim.Media