Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrindən olan həmkarlarını Kremlin sahibi Vladimir Putinə qarşı yanlış münasibətə görə tənqid edib.
Bizim.Media "Russia Today" telekanalının saytına istinadən xəbər verir ki, Türkiyə prezidenti bildirib ki, son telefon danışığından sonra Almaniya kansleri Olaf Şolz Rusiyaya münasibətdə mövqeyini dəyişib və qarşılıqlı anlaşmaya can atmaq niyyətindədir.
“Praqada danışdığım hər kəs ona qarşı olduğunu bildirdilər. Səhv düşündüklərini dedim. Əgər Rusiya kimi dövlətlə pis davransanız, Putin özünü sındırmağa imkan verməyəcək və lider olduğunu sübut edəcək. O, təzyiq altında geri çəkilənlərdən deyil"-, deyə Ərdoğan bildirib.
Elvira Murad, Bizim.Media