Xalq artisti Nəzakət Teymurova uzun zamandır efirdən uzaqlaşan Ceyran Rəhimova ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, xanəndə sosial şəbəkə hesabında restoranların birində şam yeməyi zamanı çəkilən şəkilləri paylaşıb.
Nəzakət yayımladığı fotolara “Gözəl gözlü Ceyranımın özəl günündən” şərhini yazıb. Şəkillərdə N.Teymurovanın qızı Nigar da yer alıb.
Qeyd edək ki, C.Rəhimova Azərbaycan dövlət televiziyasından ayrıldıqdan sonra fəalliyətinə son qoyub.
Rəşad Əliyev, Bizim.Media