Ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük noyabr iclasının nəticələrinə əsasən, 75 baza bəndi - 3,75-4 %-dək artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə FES-in saytında məlumat verilib.
FES ardıcıl dördüncü dəfə uçot dərəcəsini artıraraq faiz dərəcələrini 15 ilin ən yüksək səviyyəsinə qaldırıb.
“Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq komitə federal fondlar üzrə hədəf diapazonunu 3,75-4%-ə yüksəltmək qərarına gəlib”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, FES-in faiz qərarından sonra dollar ucuzlaşır.
Bizim.Media