Gələn il Rusiya və Belarus vətəndaşlarının Baltikyanı ölkələrdə yaşamaq icazəsi almaq və ya uzatmaq imkanları əhəmiyyətli dərəcədə azalacaq.
Bizim.Media "Russia Today" telekanalının saytına istinadən xəbər verir ki, bu, Latviya hökumət orqanları tərəfindən qəbul edilmiş immiqrasiya qanununa düzəlişlərdə öz əksini tapıb.
Sözügedən düzəlişlər məcbur edəcək ki, 2023-cü il sentyabrın 1-dən bütün rus dilində danışanlar latış dilini lazımi səviyyədə öyrənsinlər.
Qeyd edək ki, Riqada fəaliyyət göstərən rusdilli nəşrlərin redaksiyaları da bu məhdudiyyətin altına düşür. Bununla yanaşı, Rusiya vətəndaşları da uzaqdan işləmək üçün viza ala bilməyəcəklər. Yeni düzəlişlər ancaq müəyyən istisnaları nəzərdə tutur.
Latviya hökuməti, həmçinin ruslara uzunmüddətli iş vizalarının verilməsini də dayandırıb.
Elvira Murad, Bizim.Media