Əməkdar artist Yusif Mustafayev ölkədən xaricə toylara getməməsindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində danışıb. Y.Mustafayev bildirib ki, onun “aerofobiya”, yəni təyyarə fobiyası var.
Verilişin aparıcısı Zümrüd Bədəlovanın “Xaricdən sizə çox böyük məbləğdə toy təklifi gəlsə, getməzsiniz?” sualına Əməkdar artist bu cür reaksiya bildirib:
“Xeyr getmərəm. Əgər bu alnıma yazılıbsa, harada olmağından aslı olmayaraq Allah o bərəkəti mənə verəcək. Qurban olum Azərbaycanın bərəkətinə. Bərəkətim buradadır. Deyirlər ki, uzaq yerin halvasın, hoza ilə döyərlər. Arıq öz yerində kökələr”
Rəşad Əliyev, Bizim.Media