Türkiyənin superstarı Ajda Pekkanın başına xoşagəlməz iş gəlib.
Bizim.Media xəbər verir ki, 73 yaşlı sənətkarın omba sümüyünü sınıb. Bu barədə sənətçinin meneceri Oğuz Arınmış məlumat yayıb.
Oğuz Pekkanın sosial şəbəkə hesabında paylaşım edərək Ajdanın evində yıxıldığını açıqlayıb. Dərhal xəstəxanaya yerləşdirilən müğənni əməliyyat olunub.
Ajda Pekkanın noyabr ayı üçün planlaşdırılan bütün konsertlərin təxirə salındığı qeyd edilib.
Rəşad Əliyev, Bizim.Media