Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi gücləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak açıqlama verib.
“Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2,5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə başlayıb.
Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin iştirakı ilə Polşa-Rusiya sərhəddində müvəqqəti maneənin tikintisinə başlanılıb” – deyə nazir qeyd edib.
Bizim.Media