Aparıcı və aktyor Şəhriyar Əbilovun başına iş gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda Şəhriyar qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Aparıcı bildirib ki, onu bir neçə dəfə toylardan uzaqlaşdırıblar.
“Bir məşhur müğənninin prodüseri mənə qarşı plan qurub. Toyun sahibi “beh”imi verib. Amma müğənni deyib ki, Şəhriyarı məclisə gətirməyin.
Toyu özümüz aparırıq. Bizə əlavə və artıq insan lazım deyil. Bu yaxında dost dediyim bir şəxsə deyiblər ki, məclisi Şəhriyar aparacaq. O da cavab olaraq söyləyib ki, nəyə lazımdır, özüm apararam məclisinizi. Onlar özləri on dəfə bizdən artıq pul alırlar və aldığımız kiçik məbləğə belə burunlarını soxurlar. Hər kəsin öz ruzusu var. Hər kər öz işi ilə məşğul olmalıdır. Aparıcı toyda başqa məsuliyyəti daşıyır, proqrama və toya nəzarət edir”, - deyə Ş.Əbilov bildirib.
Rəşad Əliyev, Bizim.Media