Xalq artisti Aygün Kazımova və müğənni Rəsul Əfəndiyev bir neçə gün əvvəl təqdim etdiyi duetlərini ekranlaşdırıblar.
Bizim.Media xəbər verir ki, “Погоди, постой” (Dayan, gözlə) adlanan nəğmənin musiqisi Kazımcan, sözləri isə OGB-yə (Orxan Qarabasma) məxsusdur.
Klip rejissor Delee Orucluya həvalə edilib.
Müğənnilərin Meksika imicində üzərində məşhur stilistlər Ruxa və Fuad çalışıb. Aygün ilə Rəsulun musiqi çarxı “YouTube”da yayıma buraxılıb.
Rəşad Əliyev, Bizim.Media