ABŞ və Albaniya İranda baş verən etirazlarla əlaqədar noyabrın 2-də BMT Təhlükəsizlik Şurasının “Arria formulası” üzrə qeyri-rəsmi iclasını çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Görüşün məqsədi İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil beynəlxalq və etibarlı təhqiqatın aparılmasını dəstəkləmək olacaq.
İclasda İran vətəndaş cəmiyyətinin nümayəndələri videobağlantı vasitəsilə iştirak edəcəklər.
Bizim.Media