“Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlayıb”.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.
Onun sözlərinə görə, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır:
“Biz bu tapşırığı həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməyi nəzərdə tutmuşuq”.
Bizim.Media