Bu ölkələrdən quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə QADAĞA

Bir neçə ölkədən quş və quşçuluq məhsullarının Azərbaycan ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində, İngiltərənin Qərbi Midland regionunda, Uelsin Anqlesey adasında, Amerika Birləşmiş Ştatlarının Nevada və Florida ştatlarında, Belçika Krallığının Flandriya əyalətində, İtaliya Respublikasının isə Emiliya-Romanya və Lombardiya regionlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

"70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət var" - AQTA 


Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, İngiltərənin Qərbi Midland regionundan, Uelsin Anqlesey adasından, Amerika Birləşmiş Ştatlarının Nevada və Florida ştatlarından, Belçika Krallığının Flandriya əyalətindən, İtaliyanın isə Emiliya-Romanya və Lombardiya regionlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi

“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi

Messi Hindistanda sərvət qazanacaq

Messi Hindistanda sərvət qazanacaq

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

Klopp "Liverpul"a qayıda bilər

Klopp "Liverpul"a qayıda bilər

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO

“ARB TV”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı iddialara telekanaldan CAVAB

“ARB TV”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı iddialara telekanaldan CAVAB

Bu avtomobillər bahalaşdı - "Maşın bazarı"ndan VİDEOREPORTAJ

Bu avtomobillər bahalaşdı - "Maşın bazarı"ndan VİDEOREPORTAJ

Bakıda zəncirvari qəza - FOTO

Bakıda zəncirvari qəza - FOTO

Qubada toy karvanında yol hərəkəti qaydalarını pozan 8 nəfər SAXLANILDI - ÖZƏL

Qubada toy karvanında yol hərəkəti qaydalarını pozan 8 nəfər SAXLANILDI - ÖZƏL

Haalanddan komanda yoldaşlarına “QONAQLIQ” - FOTO

Haalanddan komanda yoldaşlarına “QONAQLIQ” - FOTO

Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ

Pulu mirasa çevirməyi bacaran BÜRCLƏR

Pulu mirasa çevirməyi bacaran BÜRCLƏR

Macarıstan Rusiyaya görə Aİ-ni MƏHKƏMƏYƏ VERİR

Macarıstan Rusiyaya görə Aİ-ni MƏHKƏMƏYƏ VERİR

End of content

No more pages to load

RADİO