Ermənistanın Baş naziri Nikol Paşinyan sabah İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.
Bizim.Media erməni KİV-inə istinadən xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.
Paşinyanın Səad-Abad mədəni-tarixi kompleksində İran prezidenti tərəfindən rəsmi şəkildə qarşılanacağı bildirilir.
İki ölkə liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək, Tehran və İrəvan hakimiyyətləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.
Bizim.Media