Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, İndiyədək ölkədə ümumilikdə 823 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 982 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1718, bu günə qədər isə ümumilikdə 7 milyon 319 min 300 test icra olunub.
Bizim.Media