Ermənistan Müdafiə Nazirliyi İran PUA-larının alınması ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna dəqiq cavab verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya nəşrin saytında yer alıb.
“Biz Ermənistan Müdafiə Nazirliyindən soruşduq ki, İrəvan İran PUA-larının alınması üçün müraciət edibmi, belə bir ehtimalı nəzərdən keçirirmi, həmçinin Ermənistan İslam Respublikasında pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görübmü?
Ancaq belə informasiyanın verilməsindən imtina edilib. Bildirilib ki, tərkibində dövlət, rəsmi, bank, kommersiya sirri olan məlumatlar verilmir”, deyə mənbə qeyd edib.
Bundan əvvəl jurnalistin Ermənistanın PUA almaq üçün Tehrana müraciət edib-etməməsi ilə bağlı sualına İranın Qafandakı baş konsulu Abedin Varamin müdafiə nazirliyi ilə əlaqə saxlamağı təklif edib.
Bizim.Media