BMT Təhlükəsizlik Şurası ABŞ və Albaniyanın təşəbbüsü ilə İranda insan haqlarının pozulması ilə bağlı qeyri-rəsmi iclas keçirəcək.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, toplantı noyabrın 2-də baş tutacaq.
İclasda İranda insan haqlarının pozulması ilə bağlı etibarlı və müstəqil araşdırmaların aparılması yolları ilə bağlı müzakirələr olacaq.
Toplantıda İrandan olan Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi və İranəsilli aktrisa və fəal Nazanin Boniadinin brifinq keçirməsi planlaşdırılır.
Müzakirələrdə həmçinin BMT-nin İranda insan haqları üzrə məruzəçisi Cavid Rəhmanın da çıxışı nəzərdə tutulub. Məlumata görə, toplantıda İranda qadınlara, qızlara, dini və etnik azlıqların nümayəndələrinə qarşı repressiyalara xüsusi diqqət yetiriləcək.
Bizim.Media