“2020-ci ildən zavodunun tikintisinə başlanılan "Togg"un kütləvi istehsalı üçün geri sayım başa çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg”un Gemlik təsisatının açılış mərasimində deyib.
Prezident sənaye mülkiyyət hüquqları 100% Türkiyəyə məxsus olan elektromobilin qiymətinin fevralda açıqlanacağını bildirib.
Qeyd edək ki, rəsmi açılış mərasimindən sonra Türkiyə dövlət başçısı xanımı Əminə Ərdoğanla birlikdə "TOGG" elektromobilini sınaqdan keçirib.
Bizim.Media