Müğənni Türkan Vəlizadə xarici görkəmi ilə görənləri qorxudub.
Bizim.Media xəbər verir ki, sənətçi “Halloween” gecəsi üçün əcaib və qorxunc obrazda kamera qarşısına keçib.
Türkan peşəkar qrim vasitəsi üz cizgilərini dəyişərək, sosial şəbəkə əhlini imici ilə vahiməyə salıb.
Müğənninin qalmaqallı obrazının ideya müəllifi isə prodüseri Mikaya məxsusdur.
Rəşad Əliyev, Bizim.Media