Trans-Adriatik qaz kəməri (TAP) Yunanıstan və İtaliyaya tədarükün təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir və Rusiya qazının azalmış idxalını əvəz etməyə imkan yaradır.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə TAP-ın səhmdarlarından olan İspaniyanın "Enagas" şirkətinn hesabatında deyilir.
"TAP vasitəsilə sentyabrın 30-dək Avropaya 7,9 milyard kubmetr qaz tədarük olunub. Bunun 7 milyard kubmetri İtaliyaya, 0,9 milyard kubmetri Yunanıstana nəql edilib.
Həmin göstəricilər müvafiq olaraq İtaliyanın qaz tələbatının 15 faizini, Yunanıstanın isə 20 faizini təmin edib", - hesabatda deyilir.
Bizim.Media