Bakıda köhnə binalardakı mənzillər UCUZLAŞACAQ

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq.

Bizim.Media Trend.az-ın bazardakı mənbələrdən əldə etdiyi məlumata istinadən xəbər verir ki, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.

Əmlak satışı mütəxəssislərinin verdikləri məlumata əsasən, yaxın zamanlarda bu qaydanın dəyişdirilməsi gözlənilir. Bu qaydanın 2000-ci ildən sonra istifadəyə salınmış binalara şamil olunacağı gözlənilir. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, növbəti ilin birinci yarısında süni şəkildə şişirdilmiş qiymətlərdə ciddi enmələr olacaq.

Bu enmələr köhnə tikili binalarda olacaq, amma yeni tikili binalarda qiymətlərin enməsi çətindir. Çünki yeni tikili binalarda alternativ olduqca azdır, yeni binaların tikilməsi üçün ərazi çox azdır və tikinti prosesi də baha başa gəlir. Köhnə binalarla bağlı qiymətlərin azlaması qaçınılmazdır.
Hətta ipotekalarla bağlı qaydalar dəyişməsə belə, köhnə binalardakı mənzillərin qiymətində enmələr baş verəcək, çünki artıq azad olunmuş əraziləmizdə də ciddi tikinti işləri aparılır, vətəndaşlarımız həmin ərazilərə köçürülməsi ilə bu qiymət enməsi daha da sürətlənəcək.

"Bakı şəhərində istismar müddətini bitirmiş 11 minə qədər bina var. Bu mənzillər ipoteka kreditilə satılması qaydalara əsasən mümkün deyil. Əlsində köhnə binalarda mənzillərin qiyməti azalmalı idi. İndiki qiymətlərdən ən azı 50 faiz aşağı olmalıdır.

Lakin 2016-cı ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən istismar müddəti bitmiş binaların sökülərək, yerində yeni binaların tikimləsi planlaşdırılır.

Bu da köhnə mənzillərin müəyyən qədər bahalaşmasına səbəb oldu, bəziləri fikirləşdi ki, bu mənzilləri alıb saxlamaqla, nə vaxtsa yeni binadan mənzil əldə edəcək, amma bu proses də 10 illiklər ərzində aparılacaq prosesidir.

Sentyabr ayından sonra köhnə binalarda növbəti qiymət artımları baş verdi. Belə ki Rusiyada səfərbərlik elan olunduqdan sonra vətəndaşlar düşündü ki, Rusiyadan Bakıya ciddi axın olacaq və onlar gəlib Bakıdan mənzillər alacaqlar.
Müəyyən vəsaiti olan vətəndaşlarımız da köhnə mənzilləri almağa başladı ki, Rusiyadan gələnlərə bu mənzilləri daha baha qiymətə satıb mənfət götürsün. Lakin belə olmadı, Rusiyadan Azərbaycana ciddi axın gəlmədi, əksinə Rusiyada biznesi olan azərbaycanlılar, özləri Azərbaycanda olan əmlaklarını satırlar. Ona görə ki, həmin şəxslər Rusiyada ziyan görmüş bizneslərini xilas etməyə çalışırırlar", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

"Real" üçün ŞAD XƏBƏR

"Real" üçün ŞAD XƏBƏR

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Nərimanovda bağlanan yol AÇILDI

Nərimanovda bağlanan yol AÇILDI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

End of content

No more pages to load

RADİO